Sosial sığorta şəhadətnaməsi
Tarix: 20.09.2013 | Saat: 17:15:00 | E-mail | Çapa göndər

Vətəndaş bu sənədi itirərsə, onu bərpa etmək mümkündürmü?


Kənan Məmmədov 2011-ci ildən Azərbaycana yeyinti məhsullarının ixracı ilə məşğul olan şirkətlərdən birində çalışır. Onun sözlərinə görə, 3 aylıq sınaq müddətindən sonra şirkət rəhbərliyi onunla əmək müqaviləsi bağlayaraq rəsmi qaydada işə qəbul edib. Hazırda sosial sığorta ödəyicisi olduğunu bildirən həmsöhbətimiz deyib ki, təxminən 2 ay bundan əvvəl özünə məxsus sosial sığorta şəhadətnaməsini itirib: "Sığorta şəhadətnaməmi həmişə pul kisəmdə saxlayırdım. Təxminən 2 ay bundan əvvəl həmin pul kisəsini itirmişəm. İndi bilmək istəyirəm ki, sosial sığorta şəhadətnaməsinin dublikatını ala bilərmi?".

Maraqlıdır, görəsən, vətəndaş bu cür vəziyyətlə üzləşərkən hansı addımı atmalıdır? Ümumiyyətlə, sosial sığortanın özəllikləri nədən ibarətdir? Hansı halda sığorta olunanın sığorta təşkilatından sosial sığorta almaq hüququ var?
Məsələni "Həftə içi"nə şərh edən hüquqşünas Azər Quliyev bildirir ki, ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd yəni, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.
Ekspert həmçinin deyib ki, bəzən, işə düzəlmək istəyən vətəndaş artıq müəyyən rəsmi iş stajının olmasına baxmayaraq, sosial sığorata şəhadətnaməsinə malik olmur. Belə ki, ya onu itirir, ya da yararsız hala salır. Azər Quliyevin sözlərinə görə, bu halda sosial sığorta şəhadətnaməsinin dublikatının rəsmiləşdirilməsinin iki üsulu var: "Birincisi sığortaolunan sosial sığorta şəhadətnaməsinin dublikatını özü əldə edir. Bu halda, sığortaolunan müstəqil surətdə ilk dəfə uçota durduğu DSMF-nin yerli orqanına müraciət edərək, sosial sığorta şəhadətnaməsinin dublikatını tələb etməlidir. İkincisi isə sosial sığorta şəhadətnaməsinin dublikatını sığortaedən təhvil alır. Belə olan halda, sığortaedən bir həftə ərzində sığortaolunanın sosial sığorta şəhadətnaməsinin dublikatının alınması üçün DSMF-nin yerli orqanına müraciət etməlidir".

Sığorta hüququ hansı halda yaranır?

Hüquqşünas onu da deyir ki, sığorta olunanın sığorta təşkilatından sığorta almaq hüququnun yaranması üçün mütləq sosial sığorta hadisəsi baş verməlidir. Azər Quliyevin sözlərinə görə, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanı sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericilikdə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti, işsiz olmaq (qanunvericilikdə müəyyən olunmuş dövr üçün) daxildir. Eyni zamanda, məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta ilə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
Sosial sığorta ödəmələri baş verdikdə hansı ödəmələrin verildiyinə də aydınlıq gətirən ekspert deyib ki, bu ödəmələrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları, könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericilikdə müəyyən olunmuş dövr üçün, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, dəfn üçün müavinət, sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi daxildir.
Azər Quliyev onu da əlavə edib ki, sosial sığorta ödənişləri yalnız rəsmi qaydada işləyən vətəndaşlara aiddir: "Hər bir vətəndaş bilməlidir ki, bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqlarının tam təmin olunması ilə nəticələnir. Pensiya- müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanılması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Azərbaycanda əmək pensiyaları vətəndaşın ödədiyi sosial sığorta haqları əsasında hesablanır. Bu isə o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanmasına, sosial sığorta haqlarının ödənməsinə son dərəcə diqqətlə yanaşmalıdır".

İşəgötürən işçinin icbari sığortalanmasını təmin etməlidir

Sosial sığortanın vətəndaşların həyatında vacibliyini vurğulayan Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Dünyamin Novruzov da bildirbr ki, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Belə ki, itirilən gəlirlərə əməkhaqları, əməkhaqqına əlavələr, başqa ödənclər və digər xərclər daxildir: "İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər Əmək Məcəlləsi, "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunlar və onların əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir."
Hüquqşünas qeyd edir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə Əmək Məcəlləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər. Onun sözlərinə görə, işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir.
Qanunverciliyə əsasən, işçilərin sosial sığortası icbari dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir. İşçilərin icbari dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər: "İşəgötürənlər işçilərin mənafelərinin təmin olunması və əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər. Bundan başqa işçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



 

Bölməyə aid digər xəbərlər

17.04.2014
İKT texnologiyası taksafonları da müasirləşdirib
16.04.2014
İKT layihələri gələn aydan maliyyələşdiriləcək
15.04.2014
Dövlət qurumları üçün CİS təminatı
14.04.2014
Mobil cihazların qeydiyyatında yeni qayda
11.04.2014
Avtomobillər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı aparılacaq


Şərh əlavə olunmayıb

"Hafta.Az"dan

18 APREL
10:44 Roma Papası qoca müsəlmanın ayağını yudu, öpdü FOTO
10:39 Monteneqro Azərbaycanla xüsusilə investisiya qoyuluşu sahəsində əlaqələrin inkişafında maraqlıdır
10:37 Bəzi rayonlarda qaz olmayacaq
10:29 Türkiyədə hərbi hissədə partlayış baş verib
10:28 Ölkəmizdə müdafiə xərcləri 40 faizə qədər artıb
10:22 “Mançester Siti“ PSJ-nin təklifini rədd etdi
10:16 “Neftçi“ fanatlarına şad xəbər
10:08 Bakının bəzi küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq
10:00 Bakı bulvarında qorxunc hadisə
09:52 Nazirlikdə maaşlar 8,7 faiz artırılıb
09:44 MTN vətəndaşlara müraciət etdi
09:38 Tomas Vermalen İtaliyada oynaya bilər
09:30 Cəbhədə vəziyyət gərgin olaraq qalır
02:00 Azarkeşlər stadionu yandırdılar - VİDEO
01:45 Amerikalı siyam әkizlәr
01:32 Artıq çəki yaddaşı zəiflədir
01:15 Nigeryada oğurlanan tәlәbәlәrdәn 121-i xilas olub
01:00 Üzeyir və Aygün Kazımovanın birlikdə oxuduğu duet oğurlandı - VİDEO
00:45 Ukraynanın şərqindəki dəmiryolunun bir hissəsində nәqliyyat dayandırılıb
00:30 “Dinamo“nun yeni baş məşqçisi müəyyənləşdi
00:11 Goranboyda zəlzələ olub
00:02 Günün qoroskopu
17 APREL
23:00 Moskvada Azərbaycan xalçaları qalereyası açılıb
22:30 Xaçmazda su, torpaq və ərazilər çirklənir
22:00 Avropa Azərbaycanla bağlı ikili siyasət yürüdür
21:30 21 şəhər və rayonda radiomonitorinq aparılıb
21:15 Holi – yaxşının pislər üzərində qələbəsi FOTO
21:00 Metro ticarətçiləri aldadılıb
20:40 Prezident İlham Əliyev və xanımı Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar FOTO
20:30 «Statoil” Azərbaycandan gedir?
20:15 Bakının iki əsas prospekti yenidən qurulur FOTO REPORTAJ
20:00 İKT texnologiyası taksafonları da müasirləşdirib
19:30 Prezidentin xəbərdarlığı meriyanı hərəkətə gətirdi
19:00 Ermənilərlə sülhməramlı görüşlər keçirənlər xəyanətkardırlarmı? MÜSAHİBƏ
18:52 “Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərlə tənzimlənib“
18:45 QMİ-də məhsullara halallıq zəmanətinin verilməsi ilə əlaqədar xüsusi qrup yaradılıb
18:37 YAP Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirə start verib
18:31 Yarım tondan çox yararsız mallar aşkar olunub
18:15 Velosiped komandası Fransada 4-cü yerdədir
17:59 Oğuzda sahibkarlar üçün treninq keçirilib
17:50 Əlibəylidə nisbi sakitçilikdir - AÇIQLAMA
17:19 Qobustan həbsxanasına ayaqqabı süngərində narkotik vasitə keçirmək istəyiblər
17:10 Donetskdə dinc sakinlər 60 tankı mühasirədə saxlayıb
17:00 Putin keçmiş arvadını ərə verdikdən sonra EVLƏNƏCƏK
16:51 Abşeronda ər arvadını ov tüfəngi ilə GÜLLƏLƏDİ
16:42 Elşad Abdullayev psixoloji ekspertizadan keçməlidirmi? RƏY
16:34 “Sovetski”dəki tarixi abidələr parkın içində saxlanılacaq – QƏRAR
16:25 Əlcəzairdə yeni prezident seçilir
16:17 20 illik atəşkəs sazişinin bitməsi müharibənin başlanmasıdırmı? - DEBAT
16:07 Yaşar Cəlilov: “Şivə ilə oxumaq qəbahət deyil” - VİDEO
16:00 Səxavət Əlisoydan müxalifət liderlərinə İTTİHAM
15:53 Sankt-Peterburqda Topçubaşovun büstü qoyulub FOTO
bütün xəbərlər

Ən çox oxunanlar

1 Roma Papasının “Selfie”ləri – FOTO
2 Nurçuların yazılmayan QANUNLARI
3 Erməni ordusunda azərbaycanlı əsgər?
4 “Biz şiə namazı qıla bilmərik“ – “Ləzgi” məscidi FOTO
5 Nurçuların təhsil SİYASƏTİ
6 Nurçuluq - kürdlərin azadlıq mübarizəsi ARAŞDIRMA
7 Rusiyanın sonrakı hədəfi haradır? ŞƏRH
8 “Rusiya indi öz hayındadır, Qarabağı düşünmür” - VƏFA QULUZADƏ
9 Fazil Mustafa: “Nazirliklər bilməlidir ki, dövlət 24 saat işləyir”
10 YAP boş mandatlara seçki keçirilməsinə ehtiyac duymur

Müsahibimiz

bütün xəbərlər

Eksklüziv

bütün xəbərlər

Hafta.az-ın obyektivi

bütün xəbərlər

Köhnə Bakı

bütün xəbərlər

Özünütənqid

bütün xəbərlər

Hafta.az-VIDEO

bütün xəbərlər

Hafta.az-ın debatı

bütün xəbərlər
Layihənin adı:"İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"
İKT texnologiyası taksafonları da müasirləşdirib
İKT layihələri gələn aydan maliyyələşdiriləcək
bütün xəbərlər

Bu sayımız

Araşdırma

bütün xəbərlər

Reportaj

bütün xəbərlər

Həftə-Reytinq

bütün xəbərlər

Dəyirman

bütün xəbərlər

7 ogul istərəm

bütün xəbərlər

Qoroskop

Arxiv

Valyuta məzənnələri

18.04.2014
Tipi Ədə. Adı AZN
TRY 1 Türk lirəsi 0.4383
KWD 1 Küveyt dinarı 2.7641
CHF 1 İsveçrə frankı 0.8338
GEL 1 Gürcü larisi 0.4732
GBP 1 İngilis funt sterlinqi 1.1884
SEK 1 İsveç kronu 0.1231
EUR 1 Avro 1.0252
USD 1 ABŞ dolları 0.7850
IRR 100 İran rialı 0.0064
© Copyright 2002-2012 Həftə içi
Azərbaycan, Bakı şəhəri, Badamdar şosesi - 34.
Tel.: Baş redaktor 502-58-17, ümumi şöbə 502-58-15 Fax: 502-58-17
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info